Ümumi müddəalar

Dəyərli “ÇIRAQ İNŞAAT” MMC müştəriləri alınan məhsulları geri qaytarma siyasətimiz pərakəndə satışlar üçün 14, topdan satışlar üçün isə 30 gün davam edir. Satın almadan 14/30 gün keçibsə, sizə tam geri qaytarma təklif edə bilmərik.  Topdan və pərakəndə satışlarda fərdi qaydada razəlaşma əsasında alınan məhsulu digər məhsullarla dəyişmək mümkündür.  Qeyd edilən interval aralığında geri qaytarılma hüququna malik olmaq üçün alınan mallar istifadə edilməmiş, həmçinin orijinal qablaşdırmada olmalıdır. Qaytarmanızı tamamlamaq üçün qəbz və ya satınalma invoysunu tələb edirik.

Ödənişin geri qaytarılması

Geri qaytarma qəbul edildikdən sonra pərakəndə satışlarda maxsimum 3 iş günü ərzində (adətən qaytarılma günü) ödəniş etdiyiniz məbləği geri alacaqsınız. Topdan  satışda isə məbləğin dəyərindən asılı olaraq fərdi qaydada razılaşma əsasında məbləğ sizə geri qaytarılacaq.

Məhsulların göndərmə xərci

Dəyərli müştərilər nəzərinizə çatdırmaq istərdik ki, məhsulunuzu geri qaytarmaq üçün öz göndərmə xərclərinizi ödəməyə cavabdeh olacaqsınız. Göndərmə xərcləri geri qaytarılmır.

Geri qaytarma üçün kömək lazımdır?

Geri qaytarma  ilə bağlı suallarınızı  sales@chirag-construction.com ünvanına yönləndirə və ya +994 77 484 85 05 nömrəsi ilə  əlaqə saxlaya bilərsiniz.