ÇUBUQLAR
Oksigensiz Mis və Alüminium çubuqlar
Oksigensiz Mis və Alüminium çubuğun üstünlükləri:
1. Mis və Alüminium məftilin sabit kimyəvi tərkibi və yüksək elektrik keçiriciliyi
2. Aşağı oksigen tərkibi və qaz məsaməliliyinin olmaması bu materiallarda çatlama riskini minimuma endirir
3. Elektrik enerjisi ilə işləyən avadanlıqların iş performansının yüksək olmasınına zəmanət verir
Alüminium və Mis çubuqların istehsalı
Bütün müştərilərə çevik əməkdaşlıq şərtləri və fərdi yanaşma
İstehsalda müasir standartlara cavab verən materiallarından istifadə edilir
Laboratoriya şəraitində xammalın daxil olmasına və istehsalın hər mərhələsində ölçmələrə nəzarət
Anbarda məhsul mövcudluğu. Sifariş üçün istehsal müddəti 5 gündən
Ünvana təhlükəsiz və sürətli çatdırılma
Sifarişlərin vaxtında çatdırılması üçün 24/7 xidmətinizdəyik
Mis – İstehsaldan tədarükçiyə
Mİs tərkibli flizlər
Növbəti mərhələdə flotasiya prosesi başlayır: mis mineralları flotasiya maşınında qanqdan (tərkibində mis mineralı olmayan tullantılardan) ayrılır. Flotasiya maşınına əlavə edilən Reagent filiz hissəciklərini isladır, lakin tullantı süxurunu islatmır. Filiz hissəcikləri və flotasiya reagentini qarışdırdıqdan sonra süspansiyon əmələ gəlir. Daha sonra maşına hava verilir. Hava qabarcıqları qiymətli filiz hissəcikləri ilə birlikdə üzür. Yaranan pulpa 60-65% (Pulpa su ilə incə üyüdülmüş (1-0,5 mm-dən kiçik) mineralların qarışığı) bərk maddələrdən ibarət bir vəziyyətə qədər qatılaşdırılır və sonra filtrasiyaya göndərilir. Quma bənzəyən və tərkibində 16%-30% mis olan zənginləşdirilmiş konsentrat metallurgiya zavoduna növbəti emal prosesinə göndərilir.
Blister mis
Rafinə edilmiş mis
1 ci mərhələ.
Blister misin əridilərək (Yuxarıda qeyd edildiyi kimi) və elektrolitik emalı.
2 ci mərhələ.
Son mərhələ elektrolitik emaldır ki, nəticədə elektrotexnika sənayesinin tələblərinə cavab verən yüksək təmizlikli mis (99,90-99,97%) və təmiz ərintilər istehsal olunur. Elektrolitik emal prosesində həmçinin blister misdən qiymətli və nadir metallar çıxarılır. Nəticədə Katodlu mis hazır mis məhsulları, o cümlədən mis çubuq istehsalı üçün xammal kimi xidmət edir.
Elektrolitik emal prosesi
Bu seçim çıxışda faktiki olaraq təmiz məhsul əldə etməyə imkan verir. Təmizləmə üçün eni təxminən 70-90 sm və uzunluğu 70-100 sm olan lövhələr şəklində anodlar istifadə olunur. Anodların qalınlığı adətən 3 ilə 5 sm arasındadır. Katod kimi saf misdən hazırlanmış nazik katod təbəqələri istifadə olunur. Onların qalınlığı 4 ilə 6 mm arasında ola bilər.
Elektroliz vannaları adətən düzbucaqlı formada olur və adətən dəmir-betondan hazırlanır. Bu vannaların daxili turşuya davamlı materiallarla örtülmüşdür (bu qurğuşun, vinil plastik və s. ola bilər). Elektrolit kimi CuSO4 və H2SO4-ün sulu məhlulu istifadə olunur.
Mis təmizlənməyə başlayanda anod (qara mis) tədricən azalır, artıq çirklər qismən çöküntü kimi vannanın dibinə çökür və bəziləri elektrolitdə həll olunur. Bu zaman ``təmiz`` mis, həcmi getdikcə artan katodda toplanır.
Təmizlənmiş mis, sonrakı emal üçün mis elektrik çubuqlar və mis külçələr şəklində istehsal etmək üçün istifadə olunur.




