ciraq-insaat-kabel-zavodu
ÇIRAQ İNŞAAT MMC

KABEL İSTEHSALI - KABEL ZAVODU

“ÇIRAQ İNŞAAT” MMC elektrik  kabellərinin və naqillərinin  istehsalı üzrə ixtisaslaşmış müəssədir. Şirkət 2005-ci ildə yaradılıb. Müəssisənin sahəsi 40 000 kv.m dir. Şirkətin 110-dən çox işçi heyəti mövcuddur. “ÇIRAQ İNŞAAT” MMC-nin yüksək səviyyəli mühəndisləri, dizaynerləri və texniki mütəxəssislərdən ibarət komandası eyni zamanda kabel istehsalı üçün bütün zəruri qabaqcıl avadanlıq və alətləri vardır. Biz əminik ki, bir şirkətin inkişafı çoxsaylı müştərilərin inamı, diqqəti və dəstəyi olmadan mümkün deyil. Onların dəyərli rəy və təklifləri hər zaman istehsalın müasirləşdirilməsi və səviyyəsinin yüksəldilməsi üçün mənbə rolunu oynayır. Biz səmimiyyətlə müxtəlif sənayelərdən olan bizimlə hal hazırda əməkdaşlıq edən və ya bizə yeni qoşulmaq istəyən həmkarlarımızı əməkdaşlığa və birlikdə inkişaf üçün səy göstərməyə dəvət edirik.

2005
TƏSİS İLİ
40000
İSTEHSAL SAHƏSİ (m²)
580000
LAYİHƏLƏR (m²)
110
KOMANDA ÜZVLƏRİMİZ

Kabellərin istehsal prosesi

Kabel və naqillərin istehsalı bir neçə əsas mərhələni özündə birləşdirən mürəkkəb və texnoloji prosesdir. Qısaca olaraq istehsal prosesini bele təsvir etmək olar.
Materialların hazırlanması:
Kabel və naqillərin istehsalında birinci mərhələ materialların hazırlanmasıdır. Tipik olaraq, mis və ya alüminium tel və ya tellər əsas material kimi istifadə olunur. Materiallar elektrik enerjisini etibarlı ötürülməsini təmin etmək üçün təmiz olmalıdırlar.
Kabellərin-istehsal-prosesi

ÖTÜRÜCÜLƏR - NAQİLLƏR

Növbəti addım naqilləri lazımı ölçülərə gətirməkdir. Mis və ya alüminium məftil xüsusi maşınlardan keçirilir, orada dartılır və istənilən formaya salınır. Daha sonra keçiricilər daha çevik və güclü etmək üçün adətən istilik emalı (termoobrobotka) prosesindən keçirilir.

İZOLYASİYA

Naqillər lazımı ölçülərə gətirildikdən sonra qısa qapanmaların və naqillərin kəsişməsinin qarşısını almaq üçün izolyasiya edilməlidir. Bu zaman, keçiricilər plastik, rezin və ya polimer birləşmələri kimi izolyasiya materialı ilə üzlənir. Bu, elektrik cərəyanının izolyasiyasını və keçiricilərin xarici amillərdən qorunmasını təmin edir.
izolyasiyali kabel ciraq insaat
kabeller-ciraq-insaat
QORUYUCU QABIQ ZİREH
Bəzi növ kabellər əlavə qorunma tələb edir, buna görə izolyasiyadan sonra keçiricilər əlavə qoruyucu qabıqla üzlənir. Qabıq polimerlər, metallar və digər kompozitlər də daxil olmaqla müxtəlif materiallardan hazırlana bilər. Bunlar da öz növbəsində naqillər üçün əlavə mexaniki və kimyəvi qorunma təmin edir.
TEST VƏ KEYFİYYƏTƏ NƏZARƏT
Kabel və naqillərin istehsalının əsas mərhələləri başa çatdıqdan sonra sınaq və keyfiyyətə nəzarət həyata keçirilir. Kabellər və naqillər tələb olunan standartlara və spesifikasiyalara cavab verməsi üçün müxtəlif sınaqlara məruz qalır. Bu prosesdə hazır məhsulların izolyasiyasını, elektrik performansını, mexaniki təsirlərə qarşı davamlılığı və digər parametrləri yoxlanılır.

QABLAŞDIRMA VƏ ÇATDIRILMA

Kabel və məftil istehsalı prosesində son addım qablaşdırma və göndərmədir. Hazır məhsullar müştərilərin tələblərinə uyğun olaraq qablaşdırılır və göndərilməyə hazırlanır. Asan daşınması üçün onlar barabanlara və ya çarxlara yerləşdirilə bilər.
Ümumiyyətlə, kabel və məftil istehsalı prosesi ciddi keyfiyyətə nəzarət, texniki təcrübə və standartlara riayət tələb edir. Kabel sənayesi enerji təchizatı və rabitədə mühüm rol oynayır və bu vacib əməliyyatlar etibarlı, keyfiyyətli kabel və naqillərin istehsalı prosesinin tərkib hissəsidir.
kabellerin-catdirilmasi
Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın!
Baş ofis

Çinar Plaza Biznes Mərkəzi

Heydər Əliyev Prospekti 152
Bakı AZ1029
21-ci mərtəbə
E-mail ünvanları

sales@chirag-construction.com
info@chiraginshaat.com

İstehsalat müəssisəsi

Çıraq İnşaat Kabel Zavodu

Məmmədli Qəsəbəsi
Küçə
Bina
Əlaqə nömrələri

+994 77 484 85 05
+994 77 244 85 15