Mis şinlərin topdan satışı

Təchiz etdiyimiz mis şinlər M1 markalı mis sinfindən aşağı olmayan tələblərə cavab verir. (QOST 434-78-ə uyğun istehsal olunur  və kimyəvi tərkibi QOST 859-2001-ə uyğun dur). Biz eni 16 mm ilə 120 mm, qalınlığı 3 mm ilə 30 mm, uzunluğu isə 2m –  8 m (standart versiya 4 m), olmaqla düzbucaqlı kəsikli və müxtəlif radiuslu şinlər təqdim edirik. Şirkətimiz müxtəlif müəssisələrinin elektrik avadanlıqlarının kompleks təchizatı ilə məşğuldur. Biz “Ciraq İnşaat” MMC olaraq 2005-cu ildən bazardayıq və zavodlarla, tikinti şirkətlərinə, ticarət mərkəzlərinə, müxtəlif fiziki, hüquqi şəxslərə elektrik məhsullarının təhcizatını təmin edirik. Əsas məhsulumuz Elektrik kabelləri (mis və alüminium), Elektrik açarları, Elektrik yuvaları, Avtomat dövrə kəsicilər, mis şinlər, və sair… təşkil edir.

Elektrik mis şin – düzgün seçim

Əksər insanlar üçün mis şin naməlum məhsuldur, lakin o, həm iqtisadiyyatın müxtəlif sahələrində, həm də gündəlik həyatda geniş istifadə olunur. Mis şinlərinin tətbiqinin əsas sahəsi təkcə sənaye deyil, həm də yaşayış binalarının elektrik panellərində elektrik enerjisinin paylanması və təchizatıdır. Həmçinin, mikroelektronika, radiotexnika, tibb, hərbi, aviasiya və kosmos sahələrində mis şinlərdən geniş istifadə edilir.

Beləliklə elektrik şinlərinin istehsalında ən çox yayılmış mis növləri:

  • M0b. Oksigensiz elektrotəmizlənmiş mis (99,97%) Tərkibində oksigen və vismutun miqdarı 0,001%, fosfor, arsen, sürmə, qalay və nikel – 0,002% -dən çox olmayan; kükürd, qurğuşun və sink – 0,003% -ə qədər; dəmir – 0,004% -ə qədər
  • M1.Normal atmosferdə katodlu misdən əridilərək alınmış, tərkıbində 0,05%-ə qədər oksigen olan, texniki cəhətdən təmiz mis (99,90%); vismut – 0,001%; arsen, sürmə, qalay və nikel – 0,002% -dən çox olmayan; kükürd və sink – 0,004% -ə qədər; qurğuşun və dəmir – 0,005% -ə qədər. Bu sinif şinlər elektrik sənayesi üçün nəzərdə tutulubsa və keçiricilik sınağına məruz qalırsa, onun təyinatına əlavə olaraq E hərfi əlavə olunur (M1E).
  • M2.Qırıntıdan (istifadə edilmiş mislərin yenidən əridilməsi) əridilmiş mis (99,70%)  tərkibində 0,07% oksigen, 0,002% -ə qədər – vismut,  0,005% -ə qədər – sürmə; 0,01%-dən çox olmayan kükürd, qurğuşun və arsen; 0,05% -ə qədər – qalay və dəmir. Sink, fosfor və gümüş M1 mis şinləri kimi, qaynaq və ya lehimləmə üçün xüsusi şərtlər tələb edir.

Müxtəlif markalı mis şinlər fərqli müqavimətə malik olurlar.

  • M2 (tullantı və qırıntılar) – 0,020 μOhm × m (1 metrdə 0.020 mikro Om / mikroohm (μOhm) elektrik müqavimətinin vahididir.);
  • M1 (yarı bərk, bərk, preslənmiş çubuqlar) — 0,01790 μOhm × m;
  • M1 (tavlanmış çubuqlar və zolaqlar) — 0,01748 μOhm × m;
  • M1 (üfüqi tökmə külçələri və C sinif tel çubuğu) — 0,01724 μOhm × m;
  • M0 (sinif B tel çubuq) — 0,01718 μOhm × m;
  • M00 (A sinfi məftil çubuğu və şaquli tökmə külçəsi) — 0,01707 μOhm × m.

Diqqət edilməli olan digər vacib məqam isə mis şinlərin növü və formasıdır.

Mis şinlərin növləri

  1. Yumşaq mis şinlər. Bu tip şinlər davamlı ekstruziya üsulu ilə isti preslə uzun metal yayma xətlərində istehsal olunur və 10 m uzunluğa kimi istehsal edilə bilir. Bu məhsullar təyyarə istehsalı sənayesindən – metallurgiyaya qədər sənayenin bütün sahələrində istifadə edilir.
  2. Bərk mis şinlər – metal yayma xətlərində davamlı ekstruziya ilə oksigensiz mis isti presdən soyuq çəkmə yolu ilə istehsal olunur və 1 ilə 6 m uzunluğunda zolaqlara kəsilir. Onlar yumşaq mis şinlərdən dən daha aşağı keçiriciliyə malikdir.

Yumşaq və sərt şinlər elektrik kabeli əvəzi kimi istifadə olunur. Yüksək vibrasiyalı (çox sirkələnən/ əsən) yerlərdə  isə örgülü mis şinlərdən istifadə edirlər. Örgülü mis şinlər nazik mis tellərdən hazırlanır. Onlar daha çevikdirlər və yüksək vibrasiya şəraitində, məsələn, transformator körpülərində rahatlıqla tələbatı ödəyə bilirlər.

Bütöv və perforasiyalı mis şinlər

Perforasiyalı mis şinlər ən çox elektrik şkaflarında istifadə edilir. Onlar yüngül və asan montaj (quraşdırma – təmir işləri) edilə bilirlər.  Şinlərin içərisində ən universalı, düzbucaqlı formada kəsilmiş izolyasiyasız bütöv bərk və ya yumşaq mis şinlərdir.

 

Sərfəli Qiymətlərlə

Mis Şinlərin Kataloqu

Sorğunuzu yönləndirin mütəxəssisimiz qısa zamanda sizinlə əlaqə saxlasın

İzolyasiya edilmiş çevik mis şinlər– 1 KV qədər

Emal edilmiş bərk mis şinlər

Örgülü mis şinlər

İzolyasiya edilmiş bərk mis şinlər

Mis şin kompensatorlar

Alüminium şin kompensatorlar

İzolyasiya edilmiş çevik mis şinlər – 10 KV qədər