KABELLƏRİN TOPDAN SATIŞI

Şirkətimizin əsas iş sahəsi kabellərin istehsalı və topdan satışıdır. Biz sizə sərfəli şərtlərlə istehsal üçün sifariş verməyə və ya çatdırılma müddəti məhduddursa, stokdan toplu olaraq kabel almağa imkan verən qiymət siyasətində kömək edəcəyik. Bir çox hallarda çatdırılma müddətinin az olduğu şəraitdə qiymətlər süni şəkildə şişirdilir. Bu cür lazımsız xərclərin qarşısını almaq üçün birbaşa şirkətimizlə ƏLAQƏ saxlayın. Geniş partnyor şəbəkəsi və sübut edilmiş satınalma sxemi sayəsində biz bu cür şişirdilmiş təklifləri minimuma endirmək və müştərimiz üçün əlverişli orta bazar qiyməti saxlamaq iqtidarındayıq.

 

Kabel və elektrik naqili (məftil) məmulatlarının topdan satışı şirkətimizin (Çıraq İnşaat MMC) tarixinin başladığı əsas fəaliyyət növü olmaqla yanaşı, həm də ilk fəaliyyət növüdür. Bu illər ərzində biz bir çox müxtəlif obyektləri kabellərlə təchiz etmişik və müxtəlif müştərilərin ehtiyaclarını ödəmişik – Dövlət korporasiyaları və Olimpiya tikinti sahələrindən tutmuş ölkənin ucqar yerlərində yerləşən kiçik qurum və dükanlara qədər. Biz bu çatdırılmalarla (təhcizatla) əldə edilmiş bütün təcrübəni bu gün müştərilərimizə təklif etdiyimiz xidmətlər çeşidinin inkişafına sərf etmişik.

Topdan satış Məhsul kateqoriyalarımız

Aşağı gərginlikli güc kabelləri

Koaksial kabellər

Nəzarət kabelləri

Quraşdırma naqilləri

Halogensiz quraşdırma naqilləri

Əlaqələndirici naqillər və şnurlar

İzolyasiyasız hava elektrik veriliş xətləri

Rezin izolyasiyalı elastik güc kabelləri

Elastik idarə etmə kabelləri

İzolyasiyasız güc naqilləri

Elektrik açarları

Elektrik yuvaları

Elektik avtomatları

Suvaq altı qutular

Şitlər

topdan satis kabel 1

XİDMƏTLƏRİMİZ

Sizə aşağıda göstərilən xidmətləri təklif edirik:

  • Məhsul kataloqlarının və əvəzedicilərin seçilməsi və əlaqələndirilməsi
  • Kabelin istehsalata yerləşdirilməsi (istehsal edilməsi)
  • İstehsal və çatdırılma müddətlərinə nəzarət
  • Kabel və ya telin lazımi uzunluğa açılması
  • Barabanlara bükmə və ya qutularda qablaşma
  • Anbardan kabellərin topdan satışı
  • İxtisaslaşdırılmış anbarda saxlama
  • Keyfiyyətə nəzarət, elektrik keçiriciliyi ölçmələr və sınaqlar
  • Məhsulları müştərinin ünvanına çatdırılması

Bu gün istehsal olunan  geniş çeşidlı kabel və naqillər bir çox sənaye sahələrində zəruri iş materiallarına çevrilir və onlara  tez tez təlabat yaranır. Kabellər və naqillərin müxtəlif növləri olur və buna görə də müxtəlif elektrik gərginliklərinə tab gətirə bilirlər. Onlar müxtəlif şəraitdə istifadə edilə bilər – yer üstü, havada, yer altında, suda və sənaye binalarının divarlarında və s. Eyni zamanda ətraf mühitin təsirinə (palçıq, rütubət, qar, şaxta, güclü yağış, oksidləşmə və ya gəmiricilər tərəfindən məhsulun özünə ziyan vurması və s.) məruz qalırlar. Bütün mənfi amilləri nəzərə alaraq keçirici materiala tətbiq olunan qoruyucu örtük (izolyasiya və zireh) sayəsində kritik zədələnmənin qarşısını almaq olar. Kabel məmulatlarının topdan satışı Çıraq İnşaat MMC şirkətinin əsas fəaliyyət istiqamətlərindən biridir. Eyni zamanda Biz Azərbaycan bazarında İtaliyanın Gewiss, Marlanvil, Almaniyanın Mono Electric, Çinin Aulmo kimi brendlərinin rəsmi distributoruyuq.