“ÇIRAQ İNŞAAT” MMC keyfiyyətə zəmanət verir

Kabel, elektrik naqili və elektrik məhsulları üçün zəmanət müddəti

“ÇIRAQ İNŞAAT” MMC yalnız sertifikatlaşdırılmış məhsullar (kabel) istehsal edir və satışını həyata keçirir. Kabellərin, birləşdiricilərinin və digər elektrik mallarının normal istifadə zamanı material və işlənmə qüsurlarından azad olacağına zəmanət verir. Fərqli elektrik məhsulları müxtəlif zəmanət müddətləri ilə əhatə olunur. Zəmanət müddəti ilkin satış tarixindən etibarən 1 ildən başlayır.
Hər hansı bir elektrik məhsulunun öz xidmət müddəti, saxlama şəraiti var. Elektrik məhsullarının istehsalında nə qədər fərqli xam mal istifadə edilərsə bir o qədər istifadə müddəti məhdudlaşır. Heç bir kabel və ya digər elektrik malları uzun müddət istifadə edilə və ya saxlanıla bilməz. Hər bir kabel və ya elektrik mallarının növünün istifadə oluna və ya saxlanıla biləcəyi öz dövrü var. Kabelin ömrü keçiricilərin növündən və kabelin qabığından (izolyasiyasından) asılıdır. Bu da öz növbəsində müəyyən xarici təsirlərdən, şərtlərdən asılıdır.

İstənilən kabel məhsulumuza zəmanət verilir!

Zəmanət rəsmi istehsalçı “ÇIRAQ İNŞAAT” MMC tərəfindən Azərbaycan istehsalı olan kabellərə aiddir. Belə kabel məhsulları uyğunluq sertifikatına malikdir və bütün ölkə üzrə keçərlidir. Zəmanət müddəti ərzində hər hansı problemlər yaranarsa, onu istehsalçının istənilən xidmət mərkəzində qaytarmaq və ya dəyişmək hüququnuz var.
Zəmanət şərtləri və xidmət müddəti alınan məhsulun pasportunda göstərilir.

Qeyd! Zəmanət müddəti (xidməti) aşağıdakılara şamil edilmir:

• Qablaşdırılma.
• İxtisassız şəxslər tərəfindən quraşdırılmış və ya təmir edilmiş məhsullar.
• Bağlayıcı korpusunda zəmanət möhürləri pozulmuş məhsullar.
• Düzgün istifadə edilməməsi nəticəsində zədələnmiş və ya təyinatından kənar məqsədlər üçün istifadə edilən məhsullara.
• Normal köhnəlmə, yanlış istifadə, daşınma zamanı zədələnmə və ya təlimatlara uyğun istifadə edilməməsi nəticəsində yaranan qüsurlar bu zəmanətdən çıxarılır.

Niyə insanlar başqalarını deyil, bizim şirkəti seçirlər?

w lawyer svg 4

Etibarlılıq

Təşkilatımız özünü etibarlı və sabit tərəfdaş kimi təsdiq etmişdir

w lawyer svg 5

Keyfiyyət

Biz məhsulların və xidmətlərin keyfiyyətini  birləşdiririk

w lawyer svg 6

Nəticə

Müştərinin hüquqlarını qorumaq və maksimum nəticə əldə etmək üçün çalışırıq