Naqil və kabelin markalanması – ГОСТ standart
Naqil və kabellərin markalanması. (ГОСТ)
Rusiya istehsalı olan müxtəlif növ kabel və elektrik naqillərinin işarələrinin dekodlanması
a. Qoruyucu qabıq / Üzlük (daxili) - zireh və ya xarici qoruyucu təbəqənin altına yerləşdirilir ki, onlar izolyasiyaya zərər verməsinlər və həmçinin qorunma dərəcəsini (sudan, temperaturdan, mexaniki təsirlərdən) artırmaq üçün istifadə edilir.(Qeyd: hər zaman istifadə edilmir)
b. Kabel zirehləri – polad zolaqlardan (sinklənmiş, sinklənməmiş) və ya örgülü keciricidən (dəyirmi və ya düz) ibarət olur. Mexaniki zədələnmədən qorunma məqsədi ilə istifadə edilir. Zirehli kabellər zədələnmə riski yüksək olan yerlərdə istifadə olunur.
c. Kabelin qoruyucu təbəqəsi (xarici örtük) zirehləri və/və ya keçiriciləri qoruyan xarici örtükdür. Çox vaxt burada izolyasiya üçün eyni materiallar istifadə olunur, lakin material fərqli ola bilər.
1. 1 - ci mövqeyde A hərfinin olması naqilin keçiricisinin alüminium olmasını bildirir. Əgər A hərfi yoxdursa naqilin keçiricisinin mis olunması qəbul edilir. (Qeyd: birinci hərf A olmadığı halda keçirici mis qəbul edilir və avtomatik 2 ci mövqeye keçmiş olur)
2. 2 – ci mövqeyde materialın izolyasiyası və onun tipi
B – polivnilxlorid (PVX)
K – kapron
P – rezin
H və ya HP – (негорючая резина) yanmayan rezin (Nairit, şəffaf açıq sarı rəngli sintetik mənşəli xloropren rezin)
П – polietilen
Пс – (Полиэтилен самозатухающий) özü sönən polietilen.
Пв – (Полиэтилен сшитый) polietilen tikili / hörülmüş
С – (Стекловолокно) Bu material, unikal xüsusiyyətlərinə görə müxtəlif sahələrdə istifadə olunan incə şüşə liflərindən ibarət bir materialdır. Möhkəm, yüngülliyi, korroziyaya və kimyəvi təsirlərə qarşı müqaviməti, həmçinin yaxşı istilik izolyasiya xüsusiyyətlərinə malikdir.
О – (Шелк полиамидный) bu material sintetik materialdır və yüksək möhkəmlik, aşınma müqavimətinə, yüngüllük və suya davamlılığ kimi bir sıra üstünlüklərə malikdir.
Ф – (Фторопласт) Flüoroplastik, tərkibində flüor olan polimerlər qrupunun ümumi adıdır. Flüoroplastiklər bir sıra unikal xüsusiyyətlərə malikdir, o cümlədən:
Yüksək temperatur müqaviməti: Onlar öz xüsusiyyətlərini itirmədən yüksək temperaturlara davam edə bilirlər.
Kimyəvi müqavimət: Flüoroplastiklər turşular və qələvilər də daxil olmaqla, əksər kimyəvi maddələrə davamlıdır.
Aşağı Sürtünmə əmsalı : Çox aşağı sürtünmə əmsalına malikdirlər
Elektrik izolyasiyası: PTFE-lər əla izolyatorlardır.
Э – Эмаль Emal müxtəlif səthləri qorumaq və dizayn məqsədli istifadə edilən şüşəvari bir örtükdür. Emal yüksək möhkəmliyə, korroziyaya, kimyəvi maddələrə və mexaniki zədələrə qarşı müqavimətə malikdir.
Г və ya (КГ) – Гибкая жила. Çevik hərəkətli / deformasiya oluna bilən.
3. 3- cü mövqeyde qoruyucu üzlüklərin material göstəriciləri.
В – polivnilxlorid (PVX)
А – (Алюминиевый) Alüminium üzlük (zirehin alüminium materialdan olduğunu bildirir).
Р – (Резина) Rezin üzlük
П (Пу) – (Полиэтилен у – усиленный) Gücləndirilmiş politelen.
С – (Свинец) Qurğuşun Pb simvolu (latınca ``plumbum`` sözündəndir) və atom nömrəsi 82 olan kimyəvi elementdir. O, ağır metallar qrupuna aiddir və bir sıra xarakterik xüsusiyyətlərə malikdir:
Fiziki xüsusiyyətləri: Qurğuşun yumşaq, elastik və boz-mavi rəngə malik ağır metaldır. Aşağı ərimə nöqtəsinə (327,5 °C) və yüksək sıxlığa (təxminən 11,34 q/sm³) malikdir.
Г – (Кабель без защитной оболочки) Qoruyucu qabığı olmayan kabel.
4. 4- cü mövqeyde zirehlərin material göstəriciləri.
Бб (Двойная броня) İki qat mühafizə (iki qat zireh).
Бн (Наружная обмотка из негорючих материалов). Xarici örtüyünün yanmaz materialdan hazırlanması.
БС (Броня свинцовая). Qurğuşun zirehli.
Ббг (Двойная броня из стальной профилированной ленты Polad profilli lentdən hazırlanmış ikiqat zireh.
Бп (Двойная броня из пластиковых и стальных лент). Plastik və polad lentlərdən hazırlanmış ikiqat zireh.
Д (Оплетка из двойного стального провода) İkiqat polad tel örgü.
К (Броня из проволоки и стальной ленты) Tel və polad lentdən hazırlanmış zireh.
5. 5- ci mövqeyde Kabelin konstruksiyası
Г (Кабель с гидроизоляцией) Suya davamlı izolyasiya edilmiş.
Б (Броня из лент) Lent zirehli.
О (Кабель в оплетке) Örgülü kabel.
К (Обмотка круглой проволокой) Telin (naqillərin) dairəvi sarılması.
Т (Кабель для прокладки в трубе) Borular vasitəsi ilə çəkilən kabel.
Э (кабель с экраном из медной ленты) Mis lentli ekranlı kabel.
Misal olaraq ВВГнг elektrik kabelinin işarələrinin dekodlanması belə olacaqdır.




